Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” III təsnifat mərhələsində ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Bakı klubu Bolqarıstanda “Levski” kollektivinin qonağı olub.
Sofiya şəhərindəki Georgi Asparuxov stadionunda keçiriləcək görüş meydan sahiblərinin minimal hesablı qələbəsi başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə edilmiş sonuncu - 8-ci dəqiqədə Borislav Rupanov vurub.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 14-də Bakıda keçiriləcək.