EN

Azərbaycanla Ermənistan sülhün bir addımlığında

Tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması baş tutacaq.

“Qafqazinfo”   “Caliber”ə istinadən xəbər verir ki, yaxın vaxtlarda Vaşinqtonda böyük siyasi və tarixi əhəmiyyət kəsb edən hadisə - Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh sazişinin mətninin paraflanması baş verəcək. 

Paraflaşdırma yekun imzalanma anlamına gəlməsə də, diplomatikada razılaşmanın mətn baxımından tam hazır olduğunu və tərəflərin növbəti mərhələyə keçməyə hazır olduğunu təsdiqləyir.

Başqa sözlə desək, paraflanma tərəflərin saziş layihəsinin bütün bəndləri üzrə konsensusa gəldiyini və onun məzmunu ilə razılaşdıqlarını rəsmən qeyd edəcəkləri anlamına gəlir.

Beynəlxalq təcrübə nöqteyi-nəzərindən bu, tərəflərin tam hüquqlu və hüquqi öhdəliyi olan sülh müqaviləsinin bağlanmasına doğru irəliləməyə hazır olduğunu göstərir.

Eyni zamanda, sülh müqaviləsinin faktiki imzalanması 2026-cı ildə Ermənistanda konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumundan sonra baş tuta bilər.

 

Chosen
10
6
qafqazinfo.az

5Sources