Türkiyənin Karabük vilayətinin Yaşılköy kəndi yaxınlığında meşə yanğınları başlayıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə səbəbindən Yaşılköy kəndinin sakinləri təxliyə olunub.
Hazırda 21 texnika, 5 helikopter, 1 təyyarə və 511 canlı qüvvə ilə havadan və qurudan yanğının söndürülməsi üçün işlər görülür.
Hadisənin hansı səbəbdən baş verdiyi hələki bilinmir.
"Cebheinfo.az"