EN

Qəzzada kəskin qida çatışmazlığı olan uşaqların sayı rekord həddə çatıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında uşaqlar arasında kəskin qida çatışmazlığı hallarının sayında görünməmiş artım olduğunu bildirib.

Azreform.info “Report”a istinadla xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 2025-ci ilin iyul ayında 5 yaşa qədər təqribən 12 min uşaqda kəskin qida çatışmazlığı aşkar edilib - bu, regionda aparılan müşahidələr tarixində ən yüksək aylıq göstəricidir.

“Ərzaq tədarükünün ümumi həcmi vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün tamamilə qeyri-kafi olaraq qalır”, - ÜST rəhbəri vurğulayıb.

ÜST bu il yanvarın əvvəlindən iyulun sonuna kimi azı 99 fələstinlinin, o cümlədən 29-u 5 yaşdan kiçik uşağın aclıqdan öldüyünü təsdiqləyə bilib. Qebreyesus qeyd edib ki, real rəqəmlər, çox güman ki, daha yüksəkdir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, aclıqdan ölənlərin sayı 193-ə çatıb ki, onlardan 96-sı uşaqdır.

Chosen
12
6
azreform.info

7Sources