EN

“Airbus” iyulda yalnız 7 təyyarə sifarişi alıb

Bakı. Trend:

Avropanın aparıcı təyyarə istehsalçısı “Airbus” iyul ayında cəmi7 təyyarə sifarişi qəbul edib ki, bu da iyun ayında qeydə alınan207 sifarişlə müqayisədə 29 dəfə azdır.

Trend xəbər verirki, bu barədə məlumat şirkətin rəsmi saytında dərc olunub.

İlin əvvəlindən etibarən “Airbus” ümumilikdə 501 təyyarəsifarişi alıb. Lakin ləğv olunan sifarişlər nəzərə alındıqda burəqəm 405-ə düşür.

Şirkətin müştərilərinə iyul ayında təyyarə təhvilləri isə 6,3%artaraq 67 ədədə çatıb. İlin əvvəlindən ümumilikdə 373 təyyarətəhvil verilib.

Qeyd edək ki, “Airbus” dünyada ən böyük aviasiya, kosmik vəmüdafiə sənayesi şirkətlərindən biridir. Şirkətə sərnişintəyyarələri istehsal edən “Airbus SAS”, müdafiə və kosmik sahələrdəfəaliyyət göstərən “Airbus Defence and Space” və helikopteristehsalı üzrə “Airbus Helicopters” bölmələri daxildir.

Chosen
241
4
az.trend.az

6Sources