EN

Media: Trampın keçmiş müşaviri Bannon 2028-ci ildə prezidentliyə namizəd ola bilər

Bakı, 8 avqust, AZƏRTAC

Donald Trampın keçmiş baş siyasi strateqi Stiv Bannon 2028-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyi düşünür.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” qəzeti mənbələrə istinadla yazır.

Məlumata görə, Bannon Respublikaçılar Partiyasının ilkin seçkilərində iştirak edə bilər. Nəşrin yazdığına görə, o hesab edir ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens “kifayət qədər sərt olmadığından” respublikaçıların dövlət başçısı postuna namizədi roluna uyğun deyil. Qəzet əlavə edib ki, Bannonun kampaniyada iştirakı Trampın tərəfdarlarını parçalaya bilər.

Avqustun 6-da Tramp Vensi 2028-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində özünün ehtimal varisi adlandırıb.

Chosen
11
1
azertag.az

2Sources