EN

GPT-5-i istifadəyə verildi

ABŞ-lı süni intellekt şirkəti OpenAI, süni intellekt modelinin yeni və ən inkişaf etmiş versiyası olan GPT-5-i təqdim edib.

Marja xəbər verir ki, OpenAI-dan verilən açıqlamada, GPT-5-in şirkətin indiyədəkki ən ağıllı, sürətli və istifadəyə yararlı süni intellekt modeli olduğu bildirilib.

Açıqlamada, GPT-5-in əvvəlki modellərlə müqayisədə zəka baxımından böyük bir sıçrayış təqdim etdiyi, proqram təminatı, riyaziyyat, yazı, səhiyyə, vizual qavrayış və daha bir çox sahədə son texnologiya performansı göstərdiyi vurğulanıb.

GPT-5-in bütün istifadəçilərə təqdim olunduğu, “Plus” abunəçilərinin daha çox istifadə haqqına sahib olacağı, “Pro” abunəçilərinin isə daha geniş və dəqiq cavablar üçün inkişaf etmiş məntiqi düşünmə qabiliyyətinə malik “GPT-5 Pro” versiyasına çıxış əldə edəcəyi qeyd olunub.

Açıqlamada, GPT-5-in indiyədəkki ən güclü kodlaşdırma modeli olduğu, xüsusilə mürəkkəb ön üzlərin yaradılması və böyük kod bazalarında səhvlərin aradan qaldırılması sahəsində nəzərəçarpacaq inkişaf göstərdiyi bildirilib.

OpenAI-ın açıqlamasında, GPT-5-in tək bir əmrlə estetik baxımdan zərif, gözəl və uyğunlaşa bilən veb saytlar, tətbiqlər və oyunlar yarada bildiyi, ideyaları intuitiv və zövqlü şəkildə reallığa çevirə bildiyi qeyd olunub.

Həmçinin, açıqlamada inkişaf etmiş yazı bacarıqları ilə ChatGPT-nin hesabat, e-poçt, qeydlərin aparılması kimi gündəlik yazı işlərində qaralama hazırlama və redaktə sahəsində istifadəçilərə daha yaxşı kömək edəcəyi vurğulanıb.

Digər tərəfdən, Microsoft, OpenAI-nın indiyədəkki ən yaxşı süni intellekt sistemi olan GPT-5-i müxtəlif məhsullarına inteqrasiya edəcəyini  açıqlayıb.

Chosen
26
1
marja.az

2Sources