EN

İfrat sağçılar yardımların Qəzzaya daşınmasının qarşısını almaq üçün keçidi bağlayıb

İfrat sağçı etirazçılar İordaniyadan Qəzza zolağına humanitar yardımın ötürülməsində istifadə edilməməsi üçün Allenbi keçidini bağlayıblar. SİA-nın "Times of İsrael" portalına istinadən məlumatına görə, keçid artıq 3 saatdan çoxdur, bağlıdır.

Bildirilir ki, etirazçılar humanitar yardım maşınlarını müşayiət etmək üçün İsrail avtomobillərinin İordaniyaya daxil olmasına mane olurlar.

İsrailin güc strukturları hazırda etirazçıları yoldan təmizləmək üçün çalışır.

Qeyd edək ki, etirazçılar həmin yardımların "HƏMAS"a getdiyi fikrini müdafiə edirlər.

Chosen
78
1
sia.az

10Sources