EN

Makron Fransanın Ukraynanı dəstəklədiyini açıqladı

Fransa prezidenti Emmanuel Makron Avropa dövlətlərinin başçıları və ukraynalı həmkarı Volodimir Zelenski ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib.

Azreform.info ” xəbər verir ki, Makron bu barədə sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, baş verən son hadisələr fonunda telefon danışıqları uzun çəkib.

Makron həmçinin bir daha Fransanın atəşkəslə bağlı Ukraynanı dəstəklədiyini bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyulun 14-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı razılığa gəlmək üçün rəsmi Moskvaya 50 gün vaxt verib. Ağ Ev iyulun 29-da həmin müddətin 10 günə endirildiyini bildirib.

Chosen
7
4
azreform.info

10Sources