ABŞ Venesuela Prezidenti Nikolas Maduronun həbsinə kömək edəcək məlumatlara görə 50 milyon dollar mükafat elan edib.
Heftelik.az xəbər verir ki, bu haqda ABŞ-ın Baş prokuroru Pam Bondi “X” hesabında məlumat verib.
“Bu gün ABŞ Ədliyyə Departamenti və Dövlət Departamenti Nikolas Maduronun həbsinə kömək edəcək məlumatlara görə 50 milyon dollar mükafat elan edir”, – deyə Bondi bildirib.