EN

Ağstafada qəza olub, 4 nəfər xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Kösgər kəndi yolunda qeydə alınıb.

    Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı daşa çırpılıb.

    Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Chosen
    144
    8
    bakivaxti.az

    6Sources