EN

Bu prezidentin həbsi üçün 50 milyon mükafat TƏYİN OLUNDU

Vaşinqton Venesuela Prezidenti Nikolas Maduronun həbsinə gətirib çıxara biləcək məlumat üçün nəzərdə tutulan mükafatın məbləğini 50 milyon dollara çatdırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın ədliyyə naziri və baş prokuroru Pəm Bondi sosial şəbəkə “X”də açıqlama yayıb.

“Bu gün Ədliyyə Nazirliyi və Dövlət Departamenti Maduronun saxlanmasına gətirib çıxaracaq məlumata görə 50 milyon dollarlıq mükafat elan edir”, – deyə Bondi bildirib.
 

Nazir paylaşımına əlavə etdiyi videomüraciətdə qeyd edib ki, Venesuela prezidenti ABŞ-a narkotik maddələrin çatdırılması üçün beynəlxalq terror təşkilatlarından istifadə edir. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Nikolas Maduro “dünyanın ən böyük narkotacirlərindən biri” sayılır və “ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdid” təşkil edir.


Qeyd edək ki, Donald Trampın birinci prezidentliyi dövründə – 2020-ci ilin martında ABŞ Maduro və Venesuela hakimiyyətinin bir sıra digər nümayəndələrinə qarşı narkoterrorçuluqla bağlı ittihamlar irəli sürmüş və prezidentin “həbsinə və yaxud təqsirli bilinməsinə” gətirib çıxaracaq informasiya üçün 15 milyon dollar mükafat təyin etmişdi.

Bizim.Media

Chosen
91
bizim.media

1Sources