EN

İspaniyada müsəlmanların bayramları qadağan edilib

İspaniyanın cənub-şərqindəki Xumilya şəhərinin bələdiyyə şurası ölkədə Ramazan və Qurban dini bayramları ilə bağlı kütləvi tədbirlərin keçirilməsinə ilk dəfə qadağa qoyulmasını təsdiqləyib.

İfrat sağçı Vox partiyasının təşəbbüsü ilə qəbul edilən qərarı hakim Xalq Partiyası dəstəkləyib. Partiya nümayəndələri bu addımı "yerli əhalinin kimliyini qorumaq" zərurəti ilə əsaslandırırlar. Tənqidçilər isə qəbul edilmiş direktivi dini etiqad azadlığı hüququnun pozulması adlandırırlar. Qərar 2026-cı ildə qüvvəyə minəcək.

Xumilya müsəlman icmasının sayı təxminən 1500 nəfərdir. Onlar əsasən Mərakeşdəndirlər. Şəhərin əhalisi 27 min nəfərdir. Rəsmi məlumatlara görə, İspaniyada 2,5 milyon müsəlman yaşayır. Qeyri-rəsmi hesablamalara əsasən, ölkədə İslam dininə etiqad edənlərin sayı təxminən 3 milyona çata bilər.

Chosen
13
1
azerbaijan-news.az

2Sources