EN

Vaşinqtonda tarixi görüş

Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilk olaraq Trampın Bakı vaxtı ilə 22:30-da N.Paşinyanla, 23:20-də isə Prezident İlham Əliyevlə görüş keçirəcəyi planlaşdırılır. 

Gecə yarısı isə üç lider birgə bəyanat verəcək.

Bu tarixi görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanacağı gözlənilir. 

Bununla yanaşı, görüş çərçivəsində ABŞ hər iki ölkə ilə ikitərəfli sazişlər də bağlayacaq.

Chosen
67
13
operativmm.az

10Sources