Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.
Gecə yarısı isə üç lider birgə bəyanat verəcək.
Bu tarixi görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanacağı gözlənilir.
Bununla yanaşı, görüş çərçivəsində ABŞ hər iki ölkə ilə ikitərəfli sazişlər də bağlayacaq.