“Qalatasaray” Mauro İkardinin gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, ötən mövsümü zədə səbəbindən buraxan Mauro İkardi komandada qalacaq.
“Sarı-qırmızılılar” 32 yaşlı hücumçu ilə yollarını davam etdirmək istəyir.
İstanbul təmsilçisi, müqaviləsi 2026-cı ilin yayında başa çatacaq forvardla əlavə iki illik yeni sözləşmə imzalamaq niyyətindədir.
“Qalatasaray” rəhbərliyi İkardiyə illik 6 milyon avro məbləğində hazırkı maaşını təklif etməyi planlaşdırır.
“Cimbom” argentinalı futbolçunu komanda üçün çox vacib oyunçu hesab edir və müqavilənin tezliklə rəsmiləşməsini istəyir.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ildən “Qalatasaray”ın formasını geyinir.
“Lev Yaşin” mükafatına namizədlər açıqlanıb
Premyer Liqa klubunda ayrılıq - RƏSMİ
İlin ən yaxşı baş məşqçisi adına namizədlər bəlli olub
Sabiq "Fənər"li Super Liqa klubunda
"Çelsi"dən "Börnli"yə - RƏSMİ