EN

Həyətindəki otu yandırdı, yanğın qonşu sahəyə keçdi

Avqustun 5-də Lerik rayonunun Çayrud kəndində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının Çayrud kənd sakini 1987-ci il təvəllüdlü Cavid Əliyevin həyətində biçilmiş ot sahəsini yandırması və yanğının qonşusuna məxsus sahəyə keçməsi nəticəsində baş verdiyi məlum olub.

C.Əliyev məsuliyyətə cəlb olunub.

Chosen
31
8
teleqraf.com

10Sources