Vaşinqtonda Ağ Evin qarşısında Azərbaycan himni səsləndirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən ABŞ-yə işgüzar səfər edib, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüş keçirib.
Bu gün isə ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.
Bizim.Media