Nikol Paşinyan İncildən sitat paylaşdı: "Sülh yaradanlar necə də xoşbəxtdirlər"
Hazırda Vaşinqtonda olan Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində diqqətçəkən paylaşım edib.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, N.Paşinyan İncil kitabının (Əhdi-cədidin) 5-ci fəslinin 9-cu hissəsini paylaşıb.
Paylaşımda yazılıb: "Sülh yaradanlar necə də xoşbəxtdirlər, çünki onlar Allahın övladları adlanacaqlar".