EN

Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisinə start verildi

 Rusiya və Qazaxıstan Mərkəzi Asiya regionunda ilk atom elektrik stansiyasının (AES) tikintisinə rəsmən başlayıblar. Tengrinews.kz xəbər verir ki, stansiya Qazaxıstanın cənub-şərqində, Almatı vilayətinin Jambil rayonu ərazisində yerləşən Ülkən kəndində inşa olunacaq.

Layihənin baş podratçısı Rusiya Dövlət Atom Enerjisi Korporasiyası “Rosatom” olacaq. AES-in 2035–2036-cı illərdə istismara verilməsi planlaşdırılır.

Tikinti mərasiminə qatılan Qazaxıstan Atom Enerjisi Agentliyinin rəhbəri Almasadam Satkaliyev bildirib ki, bu strateji layihə ölkədə yüksək ixtisaslı kadrların yeni nəslinin formalaşmasına, elmi-tədqiqat bazasının inkişafına və texnologiya sahəsində ciddi sıçrayışa imkan yaradacaq.

Qeyd edək ki, Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı qərar 2024-cü ildə keçirilmiş ümumxalq referendumu nəticəsində qəbul olunub. 2025-ci ilin fevralında hökumət stansiyanın yerləşəcəyi ərazini rəsmi olaraq təsdiqləyib. 2025-ci ilin iyun ayında isə layihənin həyata keçirilməsinə Rosatom-un rəhbərlik edəcəyi elan edilib.

Yeni AES Qazaxıstanın enerji təhlükəsizliyini artırmaqla yanaşı, regionun enerji balansında mühüm rol oynayacaq.

Chosen
64
34
moderator.az

10Sources