EN

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olublar

Qəbələ, 8 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb olunan 30 ukraynalı uşaq Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Arxeoloji Mərkəzə səfər edib.

Qoruqdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ukraynalı uşaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Burada keçirilən görüşdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov ukraynalı uşaqlara qoruq və mərkəz barədə ətraflı məlumat verib. Uşaqlar “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” sənədli filmini izləyiblər. Onlara xatirə hədiyyələri təqdim edilib.

Sonra Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun tarixi məkanları - Səlbir və Qala ərazilərindəki arxeoloji qazıntı sahələri ilə tanışlıq olub. Uşaqlara aparılmış arxeoloji qazıntılar və aşkarlanan tapıntılar barədə məlumat verilib.

 

Chosen
4
1
azertag.az

2Sources