EN

Novxanının bəzi ərazilərində işıq olmayacaq

Novxanı qəsəbəsinin bəzi ərazilərində təmir və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 8 avqust tarixində 35 kV-luq hava xəttində təmir və gücləndirmə işləri aparılacaq.

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
2
49
operativmm.az

10Sources