Bakı. Trend:
Bakının Novxanı qəsəbəsinin bəzi ərazilərində təmir vəgücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişindəfasilə yaranacaq.
“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, Bağlar Enerji Təchizatıvə Satışı İdarəsinin (ETSİ) ərazisində 8 avqust tarixində 35 kV-luqhava xəttində təmir və gücləndirmə işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək Novxanıqəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişindəməhdudiyyət yaranacaq.
İşlər yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrikenerjisi ilə təmin olunacaq.