EN

Fransada qaz və elektrik enerjisinə tətbiq olunan əlavə dəyər vergisi artırılıb

Paris, 8 avqust, AZƏRTAC

Avqustun 1-dən etibarən Fransada qaz və elektrik enerjisi abunəsinin sabit hissəsinə 20%-lik əlavə dəyər vergisi (ƏDV) tətbiq olunacaq. Bu qərar xüsusilə az enerji sərf edən istehlakçıların hesablarına ciddi təsir edəcək.

AZƏRTAC xəbər verir ki, Fransada elektrik və qaz sərfiyatı üçün 20%, abunəliyin sabit hissəsi üçün isə 5,5% əlavə dəyər vergisi tətbiq olunurdu. Avqustun 1-dən abunəliyin sabit hissəsi üçün də 20% ƏDV tətbiq olunacaq.

Bildirilir ki, Avropa qanunvericiliyinə uyğunlaşmaq məqsədilə 2025-ci il maliyyə qanununa edilən dəyişikliklə bu fərq aradan qaldırılır. Beləliklə, avqustun 1-dən etibarən enerji üzrə bütün xidmətlərə 5,5% deyil, 20% ƏDV tətbiq olunacaq.

Enerji təminatçısı “Engie”nin verdiyi məlumata görə, sabit abunə haqqı 100 avro olan bir müştəri, əvvəllər 105,5 avro (ƏDV ilə) ödəyirdisə, yeni tətbiq olunan tariflə bu məbləğ 120 avroya qalxacaq. Bu, sabit hissə üçün 14,5% artım deməkdir. Qeyd edək ki, cari ilin fevralında elektrik enerjisinin qiyməti 7,7% artırılıb.

2026-cı ildə vergilər yenidən artırılacağı ilə bağlı xəbərdarlıq edilib.

Chosen
20
azertag.az

1Sources