EN

Milli Depozit Mərkəzindəki hesabların sayı 167 mini keçib

Bu il iyulun 1-nə Milli Depozit Mərkəzində (MDM) 167 386 depo hesabı olub.

FED.az bu barədə MDM-yə istinadən xəbər verir.

Məlumata görə, bunun 99 %-i və yaxud 165  min 779-u fiziki şəxslərə, 1 %-i və yaxud 1 607-si isə hüquqi şəxslərə məxsus olub.

Hesabat tarixinə MDM-də ümumilikdə 103 min 536 aktiv hesab olub ki, bunun da 102 min 889-u fiziki şəxslərə, 647-si isə hüquqi şəxslərə aid olub.

Chosen
11
4
fed.az

5Sources