EN

Yevlaxda ağır yol qəzası: Ölənlər var

YEVLAX, 8 avqust. TELEQRAF

Yevlax rayonunda ağır zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, qəza Xaldan–Şəki avtomobil yolunun Əkşəm kəndi yaxınlığında qeydə alınıb.

Hadisə “VAZ 2106”, “Mercedes” və “Qazel” markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verib. İlkin məlumata görə, “Mercedes”də olan bir qadın hadisə yerində dünyasını dəyişib. Daha iki yaralının da sonradan həyatını itirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
26
3
teleqraf.com

4Sources