EN

Almaniya millisinin sabiq üzvü həbs olunub

Almaniya millisinin sabiq qapıçısı Ayke İmmel həbs olunub.

Operativ Media xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Keçmiş qolkiper dələduzluqda ittiham olunub və 2 il 2 ay müddətinə həbs edilib.

İmmel karyerası ərzində “Borussiya” (Dortmund), “Mançester Siti”, “Ştutqart” kimi klublarda çıxış edib. O, 1980-ci ildə Almaniya millisində debüt edib və ondan sonra 19 oyuna çıxıb.

Chosen
34
operativmedia.az

1Sources