Aktual.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
"Bu gün o vaxtkı hökumətin imzaladığı bütün sənədləri xatırlamaq lazımdır. Orada Saakaşvili rejiminin müharibəyə başladığı qeyd edilir. Bu sənədlərdən qaçmaq mümkün deyil, onlar o dövrün hökumətinin müharibəyə başladığının, ölkəmizin milli maraqlarına ağır zərbə vurmasının təkzibolunmaz sübutudur. Bu, xəyanətdir”, - Kobaxidze bildirib.