EN

Hindistan ABŞ-dan silah almağı dayandırdı, neft üçün şərt qoydu

Hindistan Rusiyadan neft alışını azaltmağa və enerji resursunun məqbul qiymətə malik olması şərti ilə digər ölkələrlə, o cümlədən ABŞ-la sövdələşmələrə hazırdır.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

"Hindistan tariflərin tənzimlənməsi üçün razılaşmanın bir hissəsi olaraq Rusiyadan neft idxalını azaltmağa hazırdır", deyə qeyd edilib.

Eyni zamanda, avqustun 8-də Rusiya Hindistana ölkəyə neft tədarükünü davam etdirmək üçün Urals markalı neftin hər barreli üçün Dated Brent bençmarkı ilə müqayisədə 5 dollar endirim etməyi təklif edib.

“Kpler Ltd” analitik şirkəti hesab edir ki, endirim Avropa İttifaqının anti-Rusiya sanksiyalarını sərtləşdirməsi və ABŞ-dan yeni məhdudiyyətlər riski ilə əlaqədar verilib.

Avqustun 6-da ABŞ prezidenti Donald Tramp Hindistandan idxal edilən mallara əlavə 25% rüsum tətbiq edən fərman imzalayıb. Bu qərarın əsası Hindistanın Rusiyadan neft almaqla Ukraynadakı münaqişə kontekstində Moskvaya faktiki olaraq maliyyə dəstəyi verməsi idi. Yeni rüsumun tətbiqi nəticəsində Hindistan mallarına ümumi rüsum 50%-ə çatıb.

Bu arada, Hindistan Amerika Birləşmiş Ştatlarından silah almaq planlarını dondurmaq qərarına gəlib. Bu barədə "Reuters" agentliyi Hindistan rəsmilərinə istinadən məlumat yayıb:

"Vəziyyətlə tanış olan üç Hindistan rəsmisinin sözlərinə görə, Yeni Dehli yeni Amerika silahları və təyyarələri almaq planlarını dayandırıb".

Qeyd olunur ki, Hindistan ilk dəfədir ki, ABŞ prezidenti Donald Tramp tərəfindən idxal olunan Hindistan mallarına tətbiq edilən rüsumların artırılması ilə bağlı narazılığını açıq şəkildə bildirir. Bundan əlavə, agentliyin məlumatına görə, Hindistanın müdafiə naziri Rajnat Sinq Ağ Evlə münasibətlərin soyuması fonunda Vaşinqtona planlaşdırılan səfəri ləğv edib və bu səfər zamanı yeni sazişlər razılaşdırılacaq.

Samir
 

Chosen
92
3
hit.az

10Sources