EN

Azərbaycan qazının Suriyaya nəqlinin həcmi artırılacaq

Azərbaycan və Türkiyə ikinci mərhələdə Azərbaycan qazının Suriyaya nəqlinin həcmini sutkada 6 milyon kubmetrə çatdırmağı planlaşdırır. Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar “AHaber” telekanalının canlı efirində deyib.

O qeyd edib ki, hazırda Suriyaya gündəlik 3,4 milyon kubmetr Azərbaycan qazı verilir.

“Lakin tədarükün həyata keçirildiyi qaz kəməri sutkada 6 milyon kubmetr qaz üçün nəzərdə tutulub. İkinci mərhələ çərçivəsində biz bu rəqəmi sutkada 3,4 milyon kubmetrdən 6 milyon kubmetrə çatdırmağı planlaşdırırıq”, – Bayraktar bildirib.

Nazir qeyd edib ki, bu tədarüklər qrant əsasında deyil, kommersiya əsasında həyata keçirilir.

“Azərbaycandan gələn təbii qaz Suriyaya ixrac olunur. Azərbaycan qaz tədarük etməyi öhdəsinə götürüb və onu Suriyaya satır. Türkiyə qazın çatdırılması və nəqlinə cavabdehdir və müvafiq logistikanı təmin edir. Bundan əlavə, Qətər İnkişaf Fondu bu layihəni maliyyələşdirir. “Beləliklə, burada müəyyən kommersiya fəaliyyətindən söhbət gedir”, – Bayraktar bildirib.

Nazir əlavə edib ki, Azərbaycanda hasil edilən qaz Türkiyəyə, BOTAŞ sisteminə verilir və bağlanmış mübadilə müqaviləsinə əsasən, Türkiyə bu qazı Suriya ilə Türkiyə sərhədində, Yavuzlu rayonuna ötürür.

Chosen
88
3
veteninfo.az

10Sources