EN

Lukaşenko növbəti müddətə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırmır

Belarus Prezidenti Aleksandr Lukaşenko ümid edir ki, onun varisi ölkənin təkamül yolu ilə inkişafını davam etdirəcək.

APA “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus dövlət başçısı Amerikanın Time jurnalına müsahibəsində bildirib.

Jurnalist qeyd edib ki, dövlət başçısının kiçik oğlu Nikolayı Qərb mediasında tez-tez Aleksandr Lukaşenkonun varisi kimi təqdim edirlər.

Xeyr, o, varis deyil. Nə soruşmaq istədiyinizi bildim. Yox, yox, yox”, - Aleksandr Lukaşenko cavab verib.

Belarus dövlət başçısı növbəti müddətə yenidən prezidentlinamizədliyini irəli sürməyi planlaşdırıb-planlaşdırmadığı məsələsinə də münasibət bildirib: Xeyr, mən indi planlaşdırmıram.

Chosen
32
3
apa.az

4Sources