Bakının Nizami rayonunda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar. Qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.
Bundan başqa, vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan daha 4 şəxs də tutulub.
Faktlarla bağlı araşdırma aparılır.