EN

“Sülh sazişinin ABŞ-da paraflanması Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu zəiflədəcək”

“Sülh sazişinin ABŞ-da paraflanması Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu zəiflədəcək”.

Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, baş verənlər ABŞ-ın regiondakı iqtisadi-siyasi aktivliyinin artması ilə müşahidə ediləcək:

“Azərbaycan və Ermənistan rəhbərliyinin ABŞ-da görüşməsi və hər hansı razılığa bu ölkədə gəlməsinin özü Ağ Evin uğuru, Rusiyanın isə siyasi-diplomatik uğursuzluğudur. Bu, Rusiyanın bölgədəki nüfuzunun azalması ilə müşahidə ediləcək.

Döğrudur, həm Rusiya, həm də İran Azərbaycana qonşu dövlətlərdir. Buna görə də Azərbaycan hər iki dövlətlə normal münasibətlərini bundan sonra da qoruyub saxlamağa çalışacaq. Lakin biz bundan sonra ABŞ-ın bölgədə daha ciddi aktivliyinə şahid olacağıq”.

Seymur ƏLİYEV

Chosen
36
moderator.az

1Sources