EN

Marko Rubio: "Sülh razılaşmasının imzalanması üçün burada olacağıq"

ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən danışıb.

Moderator.az xəbər verir ki, Marko Rubio EWTN kanalına müsahibəsində bu məsələyə toxunub.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp sülhün prezidenti olmağa sadiqdir.

“Biz, Pakistan və Hindistanın müharibəyə başladığını görəndə birbaşa müdaxilə etdik. Kamboca və Tailand məsələsində də bu cür oldu. Azərbaycan və Ermənistan da həmçinin. Biz sülh razılaşmasının imzalanması üçün burada olacağıq. Aydındır ki, sülh daimi bir şey deyil. Üzərində davamlı olaraq işləmək və onu qoruyub-saxlamaq lazımdır”, - Rubio vurğulayb.

Chosen
34
7
moderator.az

8Sources