EN

Daha bir ulduz futbolçu "Ən-Nəsr"də!

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" komandası dah bir məşhur futbolçunu heyətinə qatıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ərəblər "Barselona"nın müdafiəçisi İnyiqo Martinesin ilə razılığa gəliblər. 

Bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkə hesabında məlumat yayıb.

34 yaşlı oyunçu yaxın zamanda Kataloniya klubu ilə müqaviləsini sonlandıracaq.

Onun "Ən-Nəsr" ilə müqaviləsi 2026-cı ilin iyununa qədər nəzərdə tutulub.

Qeyd edək ki, Martines 2023-cü ilin yayından "Barselona"da çıxış edir. O, bütün turnirlərdə 71 oyunda, 3 qol vurub və 6 məhsuldar ötürmə etməyi bacarıb.

Hüseyn
Milli.Az

Chosen
13
milli.az

1Sources