EN

Almaniya yeni model Təhlükəsizlik Şurası yaradır

Almaniya

Almaniya Federal Hökuməti ABŞ və Böyük Britaniya modellərinə bənzər Milli Təhlükəsizlik Şurasının yaradılmasına qərar verib.

Reyting.az
bildirir ki, bu barədə Almaniyanın DPA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, müvafiq nazirliklər arasında bu yeni strukturun hazırlanmasına başlanılıb.

Yeni yaradılan Şura daxili və xarici təhlükəsizlik təhdidləri, həmçinin kiber və iqtisadi təhlükəsizlik kimi sahələrdə hərtərəfli siyasətlər hazırlamaq məqsədi daşıyır.

Görüşlər Müdafiə Nazirliyinin kampusunda keçiriləcək və Şura hazırkı Federal Təhlükəsizlik Şurasının və Təhlükəsizlik Kabinetinin vəzifələrini öz üzərinə götürəcək.

Hökumət bu yeni strukturla təhlükəsizlik siyasəti ilə bürokratiya arasında koordinasiya çatışmazlığını aradan qaldırmağı hədəfləyir. Şuranın iş prinsiplərini müəyyən edən əsasnamənin avqustun 27-də təsdiq edilməsi və bu çərçivədə 13 yeni ştat vahidinin yaradılması nəzərdə tutulur.

Şuraya baş nazir Fridrix Merzin sədrlik edəcəyi, müdafiə, daxili işlər və maliyyə nazirləri ilə yanaşı, digər müvafiq kabinet üzvlərinin də daxil olacağı açıqlanıb. Lazım gələrsə, dövlət nümayəndələri, NATO-ya üzv dövlətlərin və ya Avropa İttifaqının rəsmiləri də görüşlərə dəvət oluna bilərlər.

Şura, xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi və ya ABŞ-nın İrana potensial hücumu kimi beynəlxalq böhranlar zamanı toplanacaq. Bundan əlavə, kritik infrastruktura kiberhücumlar kimi məsələlər Şuranın gündəliyində olacaq. Şura, həmçinin uzunmüddətli siyasətlərin işlənib hazırlanması üçün strateji məsələlərə dair mütəmadi iclaslar keçirəcək.

E. KAMAL
Chosen
5
reyting.az

1Sources