EN

Məşhur türk aktyor arvadına XƏYANƏT EDİB? - bu aktrisa ilə - yeni detallar

Yıldız Çağrı Atiksoy və Berk Oktayın evliliyində problem yaranıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar sosial şəbəkədə bir-birilərini izləmədən çıxarıblar.

Gərginliyin səbəbi kimi, Berk Oktayın "Harman Yeri" serialındakı partnyoru Gülsim Ali ilə yaxınlığı iddia olunur. Bundan xəbər tutan Yıldız Çağrı Atiksoy ərinə sərt qarşılıq verib.

Mətbuatda yer alan iddialardan sonra aktyor söz-söhbətə son qoymaq üçün həyat yoldaşı və qızı ilə fotosunu paylaşıb və  "Şükür səbəbim - ailəm" yazıb. Yıldız Çağrı da eyni addımı atıb.

Həmçinin, "Dream Türk" kanalında yayımlanan "50 Fifty" proqramında model və aparıcı Tuğçe Aral evli aktyor tərəfindən əxlaqsız hərəkətlərə məruz qaldığını bildirib. Həmin şəxsin Berk Oktay olduğunu iddia edib:

"İdman zalında tanış olduq. Sonra instagramdan izləyib mesaj yazmağa başladı. 1 ay boyunca yazdı. Fantaziyalarını yazırdı. Arvadı hamilə olduğu üçün açıqlamaq istəmədim. Körpəyə zərər gəlsin istəmədim. Uşaq doğulduqdan sonra da yazmağa davam etdi. 2 ay əvvəl onu blokladım".

Ortaya atılan iddialar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Chosen
8
milli.az

1Sources