EN

“Hesab daha fərqli ola bilərdi” – “Levski”nin kapitanı

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Levski” öz meydanında “Sabah”ı 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra Sofiya təmsilçisinin kapitanı Marin Petkov jurnalistlərə açıqlama verib. 21 yaşlı futbolçu komanda yoldaşlarının mübarizəsinə və azarkeşlərin dəstəyinə xüsusi diqqət çəkib:

“Bütün komanda yoldaşlarıma təşəkkür edirəm, meydanda sona qədər döyüşdülər. Azarkeşlər isə hər zaman olduğu kimi bizim yanımızda idilər – onlar bizim 12-ci oyunçumuzdur. Hesab daha fərqli ola bilərdi, qol şanslarımız çox idi. Amma eyni sözləri rəqib üçün də demək olar. Nəticə budur, indi biz cavab görüşünə köklənirik”.

Qeyd edək ki, “Sabah” – “Levski” cavab qarşılaşması 14 avqustda “Bank Respublika Arena”da keçiriləcək.

Chosen
82
idmanxeber.az

1Sources