EN

Tərtərdə qəza: 3 nəfər öldü

TƏRTƏR, 8 avqust. TELEQRAF

Tərtərdə yol nəqliyyat hadisəsi zamanı 3 nəfər vəfat edib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi Hindarx Borsunlu yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "OPEL" markalı minik maşını "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilində 3 nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanıb

Chosen
28
1
teleqraf.com

8Sources