EN

Azərbaycanın əsas magistralı təmir edilir

Ajans.az xəbər verir ki, əsaslı təmir işləri M2 magistralının 15-117 km-lik hissəsini əhatə edir.

Məlumata görə, hazırda təmir işləri yolun 97.7-ci km-dən 104.5-ci km-dək olan hissəsi üzrə icra olunur. Bu çərçivədə zəruri yerlərdə qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası, deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yerinə yetirilir. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Chosen
87
36
Ajans.az

10Sources