EN

Trampın məxfi planı ifşa oldu: ABŞ ordusu Latın Amerikasında kartellərlə döyüşəcək

ABŞ prezidenti Donald Trampın Pentaqona gizli şəkildə Latın Amerikası mənşəli xarici narkotik kartelləri ilə mübarizə aparmaq göstərişi verdiyi iddia edilir.

Turkustan.az xəbər verir ki, Amerikanın “New York Times” (NYT) qəzeti məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən Trampın kartellərlə mübarizədə ordudan daha effektiv istifadə etmək istədiyini vurğulayıb.

Hesabatda bildirilirdi ki, Tramp indi gizli şəkildə Amerika hərbçilərinin kartellərlə mübarizədə daha fəal istifadə edilməsinə göstəriş verib ki, bu da əvvəllər hüquq-mühafizə orqanlarının məsuliyyəti kimi tanınırdı.

Qeyd edilib ki, sözügedən direktiv Amerika ordusuna ABŞ tərəfindən “terror təşkilatı” kimi tanınan Latın Amerikası narkotik kartelləri ilə mübarizədə hərbi güc tətbiq etməyə imkan verəcək.

Bu direktivə əsasən, ABŞ ordusu dənizdə və xarici torpaqlarda xarici kartellərə qarşı birbaşa hərbi əməliyyatlar aparmaq imkanı üçün formal əsasa malik olacaq.

Bununla belə, qeyd edilir ki, Trampın məxfi tapşırığını Konqresin təsdiqi olmadan yerinə yetirmək bəzi hüquqi və beynəlxalq hüquq problemlərinə səbəb ola bilər.

ABŞ prezidenti Tramp vəzifəyə gəldikdən sonra Tren de Araqua və MS-13 kimi bəzi narkotik kartellərini “terror təşkilatları” siyahısına əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
30
1
turkustan.az

2Sources