Fələstin bir sıra digər ölkələrlə birlikdə İsrailin Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatını dayandırmaq məqsədilə BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi üçün müraciət göndərib...
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur məlumat verib.
Onun sözlərinə görə, bir neçə dövlət görüşün avqustun 9-da keçirilməsində israr edir.
Görüşün əsas məqsədi İsrail tərəfindən eskalasiyanın qarşısını almaqdır. Fələstin nümayəndəsi beynəlxalq ictimaiyyətin Baş nazir Netanyahunun başçılıq etdiyi İsrail rəhbərliyinin həyata keçirdiyi məsuliyyətsiz və təhlükəli planların qarşısını ala biləcəyinə ümid etdiyini bildirib.
Poliqon.info