EN

Prezident İlham Əliyev İon İliyeskunun vəfatı ilə bağlı başsağlığı verdi

Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana başsağlığı məktubu ünvanlayıb.

 

Pravda.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

 

İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

 

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm".

Tarix: 8 Avqust 2025, 21:06   
Chosen
42
46
pravda.az

10Sources