EN

Bu rayonlarda təbiətə 18 min manatlıq ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi və İmişli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Ölkə.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat yayıb.

Araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 18720 manat məbləğində ziyan dəydiyi  müəyyən edilib.

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Chosen
64
13
olke.az

10Sources