ABŞ vitse-prezidenti Cey Vens ölkəsinin İsraillə Qəzzada hədəflərinin eyni olduğunu, lakin bu hədəflərə çatmaqda fikir ayrılığının olduğunu deyib.
Vens ABŞ administrasiyasının əsas iki məqsədinin HAMAS-ın mülki şəxslərə gələcək hücumlarının qarşısının alınması və Qəzzadakı humanitar böhranın həll edilməsi olduğunu vurğulayıb.
“Orada fəaliyyətdə olan bir hökumətin olmadığını nəzərə alsaq, Fələstin dövlətini tanımağın nə mənaya gəldiyini bilmirəm”, - o, bəzi ölkələrin Fələstin dövlətini tanımaq qərarına münasibət bildirərkən bu cümlələri işlədib və ABŞ-ın Fələstini tanımayacağını bəyan edib.
APA
Tarix: 8 Avqust 2025, 21:49