EN

Rusiya SOCAR-ın Odessadakı neft bazasına zərbə endirib: Yaralılar var

Avqustun 8-nə keçən gecə Rusiya "Şahed" dronları ilə SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına hücum edib.
 
Bu barədə RBC-Ukraynaya hüquq-mühafizə orqanlarından məlumat verilib.
 
Hadisə yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub.
 
Məlumata görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.
 
Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.
 
Mənbələr qeyd edirlər ki, rəsmi təhqiqat məlumatları hələ açıqlanmayıb, lakin idarəolunan beş pilotsuz hücum aparatının vurulması açıq şəkildə göstərir ki, neft anbarı hücumun əsas hədəfi olub.
 
Qeyd edək ki, bundan əvvəl Odessa Vilayət Prokurorluğu nasos stansiyasının qismən dağıdılması və müəssisələrdən birinin obyektlərinin zədələnməsi barədə məlumat vermişdi.
Chosen
47
4
moderator.az

10Sources