EN

Rusiyada kanat qırıldı, xəsarət alanlar var

Rusiyanın Nalçik şəhərində kanat yolunun qırılması nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və xilasedici briqadalar cəlb olunub.

Xəsarət alanların vəziyyəti və qəzanın səbəbləri barədə araşdırmalar davam etdirilir.

Milli.Az

Chosen
51
8
milli.az

10Sources