EN

Prezident İlham Əliyevin Ağ Evdə baş tutacaq görüşləri canlı yayımlanacaq

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə görüşlər keçirəcək.

Day.Az-in məlumatına görə, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə 23:20) baş tutacaq.

Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 00:00) isə Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

ABŞ Prezidenti ötən gün "Truth" sosial şəbəkəsində paylaşım edərək bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin, bu günü Azərbaycan, Ermənistan, ABŞ və ümumilikdə dünya üçün tarixi bir gün kimi qiymətləndirib.

Prezidenti İlham Əliyevin görüşlərini aşağıdakı linklərdən canlı izləmək mümkün olacaq:

https://youtube.com/@whitehouse?si=xPOdX0lCjaZzBAii

https://x.com/whitehouse

Chosen
79
13
day.az

10Sources