EN

Tramp və İlham Əliyev arasında keçiriləcək görüşə hazırlıqlar tamamlanır

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Azərbaycan lideri İlham Əliyev arasında keçiriləcək ikitərəfli görüş üçün son tamamlama işləri aparılır.

Operativ Media xəbər verir ki, danışıqların keçiriləcəyi Ağ Evin qarşısına Azərbaycanın dövlət bayrağı gətirilib.

Qeyd edək ki, hazırda Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.

Chosen
50
3
operativmedia.az

10Sources