Bir sıra ölkələrdə İnstaqram istifadəçiləri platformada olan problemlərdən şikayətləniblər.
Axar.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Məlumata görə, istifadəçilərin 56%-i proqramda nasazlıqlar olduğunu qeyd edib, 24%-i öz hesabına daxil ola bilməyib, 20%-i isə saytından şikayət edib.
Bundan əlavə, Böyük Britaniya, Almaniya və Fransada da sosial şəbəkə ilə bağlı problemlər qeydə alınıb. Şikayətlər daha çoxu isə ABŞ-dən daxil olub.